AZ

Ermənistanda hərbi qiyam BAŞLAYIR : Hansı nəticələr GÖZLƏYİR? - ŞƏRH

Ermənistanda hərbi qiyam BAŞLAYIR : Hansı nəticələr GÖZLƏYİR? - ŞƏRH

İrəvanda və Tavuşda Ermənistanda Nikol Paşinyan hakimiyyətinə və Qazaxın kəndlərinin geri qaytarılmasına etiraz edənlər meydanları boş qoymurlar. Orduda sözügedən istefa halları ilə yanaşı, hərbçilərin etiraz aksiyalarına qoşulma halları var. Ermənistan baş naziri Nikol Paşinyan vəziyyəti ələ almağa çalışsa da, müxalifət eitraz aksiyaların fəaliyyət dairəsini genişləndirməyə çalışır. Etiraz aksiyalarına hərbçilərin qoşulması, hərbi qiyamlara səbəb olacaq? Hərbi qiyamlar başlayarsa, nəticələri nə ola bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan politoloq Tofiq Abbasov deyib ki, Ermənistanda qeyri-sabitlik tək Tavuş bölgəsi ilə əlaqəli deyil. Ümumilikdə bu ölkənin daxilində vəziyyət gərgindir. İctimai-siyasi sabitlik demək olar ki, yoxdur. Bu proseslərin hamısının önündə hakimiyyətlə daxili müxalif qüvvələrin qarşıdurması dayanır:

"Əgər Nikol Paşinyanın əsas vəzifəsi hakimiyyəti qoruyub saxlamaq və Azərbaycan ilə sülh müqaviləsi ətrafında danışıqları, səyləri artırmaqdırsa, müxalif qüvvələr və parlamentdə təmsil olunmuş iki fraksiyasının - *Ermənistan" və "Şərəfim var" əsas niyyəti isə anti-Paşinyan cəbhəsini formalaşdırmaqdır. Əlbəttə ki, onların məqsədi hakimiyyəti ələ almaqdır. Ancaq bəlli olan budur ki, onların bu istiqamətdə şansları bir o qədər böyük deyil və cüzidir. Hakim partiya vəziyyəti idarə edir. Digər tərəfdən cəmiyyətin böyük hissəsinin çoxunu öz ətrafında saxlaya bilir. Burada ən vacib olan odur ki, hakimiyyət öz qətiyyətini göstərsin. Birincisi hərbçilərin bu aksiyalara qoşulması onu göstərir ki, güc strukturlarında nizam-intizam məsələləri zəifləyib. Digər tərəfdən müxaliflər və xaricdən müdaxilə edənlər çalışırlar ki, paqon daşıyan adamları bu prosesə qatsınlar. Ancaq bu çox təhlükəli məsələdir".

Politoloqun sözlərinə görə, hərbçilər proseslərə qatılırsa, burada Vətəndaş müharibəsinin çalarları özünü əks etdirə bilər. Çünki güc strukturları siyasi proseslərdən uzaq durmalı və onlara müdaxilə etməli deyillər:

"Əgər onlar ölkənin konstitusiyası və dövlətin rəhbərliyi qarşısında öz öhdəliklərini danmırlarsa, onlar gərək qanun və asayişin keşiyində dursunlar. Belə məqamlar Ermənistanda hər zaman var. Biz bilirik ki, Ermənistanın daxilində terror ənənəsi güclüdür. Digər tərəfdən siyasi qarışdurmaya güc amilinin qatılmasıda həmişə özünü əks etdirib. Hətta 1999-cu ilin oktyabr ayının son günlərində Ermənistan parlamentinin rəhbərliyi gülləbaran edildi. 2008-ci illərdə küçələrdə artıq dinc nümayişçilərə qarşı silah-sursatın tətbiq edilməsinin şahidi olduq. Bu proseslərin hamısına qərbin demokratik institutları göz yumdu. Onlar bir qayda olaraq çalışırlar ki, Azərbaycan və Türkiyəni demokratiyanın pozulmasında ittiham etsinlər. Ancaq bu qondarma iradlardır. Burada görünən odur ki, onlar Ermənistanda baş verən bütün biabırçılıqlara, insan haqlarının pozulmasına göz yumurlar. Burada ikili standart, selektiv yanaşma özünü nümayiş etdirir. Odur ki, Ermənistanda indiki vəziyyət qeyri-sabitdir. Ancaq Nikol Paşinyan vaxtı boşa verməli deyil. Onun qarşısında duran vəzifə ondan ibarətdir ki, bütün imkanları ilə ölkədəki vəziyyəti nəzarətdə saxlasın. Bunun üçün Paşinyanın kifayət qədər imkanları var. Vaxt itirmədən əgər hərəkətə keçərsə, asayişi pozan bütün ünsürləri tərksilah edərək məsuliyyətə cəlb etsə bu zaman uduzmaz".

Sevda Səfərova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
sonxeber.az

1Mənbələr