AZ

Milyonlarla insan proqrama gizli şəkildə daxil olur - “WhatsApp”

“WhatsApp”ın idarəçisi Vill Cathcart bildirib ki, mobil tətbiqin qadağan olunduğu ölkələrdə “on milyonlarla insan” müvəqqəti texniki həllərlə "WhatsApp"a gizli şəkildə daxil olub. Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, “WhatsApp” İran, Şimali Koreya və Suriyada qadağan edilib. Nəhayət, ötən ay “WhatsApp”ın qadağan olunduğu ölkələr siyahısına Çin də əlavə edilib. Qətər, Misir, İordaniya və Birləşmiş Ərəb Əmirlikləri kimi digər ölkələr proqramda səsli zəng kimi bəzi funksiyaları məhdudlaşdırır. Bununla belə, “WhatsApp” qeydiyyatdan keçmiş telefon nömrələri sayəsində istifadəçilərinin real yerini görə bilir. "BBC"yə danışan Cathcart deyib: “Bizim “WhatsApp”dan istifadə edən insanlar haqqında çoxlu sistemsiz məlumatlarımız var. Bizim bloklandığımız bəzi ölkələrə nəzər saldıqda on milyonlarla insanın hələ də “WhatsApp”a qoşulduğunu görürük”, - deyə qeyd edib. Bundan əlavə, Çin "Apple"dan çinli "iPhone" istifadəçilərinin "AppStore" mobil proqramlar mağazasından “WhatsApp”ı yükləməsini bloklamağı xahiş etmişdi. Cathcart bu addımı "bədbəxt" adlandırsa da, ölkə heç vaxt populyar mesajlaşma proqramının əsas bazarlarından biri olmayıb. Digər tərəfdən, Çindəki Android istifadəçiləri rəsmi proqram mağazasına getmədən “WhatsApp”ı yükləyə bilərlər. Cathcart bildirib ki, VPN-lərin artması və keçən iyun ayında istifadəyə verilmiş “WhatsApp Proksi” xidməti proqrama davamlı girişi təmin edib. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
1
bizimyol.info

3Mənbələr