AZ

Mart ayında Türkiyənin Türk Dövlətlərinə ixracı artıb

Bakı. Trend:

2024-cü ilin mart ayında Türkiyənin Türk Dövlətlərinə ixracı2023-cü ilin eyni ayı ilə müqayisədə 1,5 faiz azalaraq 838,8 milyondollar olub.

Trend-in TurkicWorld-ə istinadənməlumatına görə, bu barədə Türkiyə Ticarət Nazirliyindənbildiriblər.

Məlumata əsasən, bu ilin yanvar - mart ayında, Türkiyənin TürkDövlətlərinə ixracı, keçən ilin analoji dövri ilə müqayisədə 5 faizartaraq, 2,3 milyard dollar olub.

“Bu ilin mart ayında Türkiyənin Türk Dövlətlərindən idxalı2023-cü ilin eyni dövrü ilə müqayisədə 10,9 faiz artaraq 784,3milyon dollar təşkil edib”, - deyə nazirlikdən bildiriblər.

Qeyd olunub ki, 2024-cü ilin yanvar - mart aylarında TürkiyəninTürk Dövlətlərindən idxalı keçən ilin analoji dövrü ilə müqayisədə,3 faiz artaraq, 1,9 milyard dollar təşkil edib.

Məlumat üçün qeyd edək ki, mart ayında Türkiyənin xarici ticarətdövriyyəsi 52 milyard 483 milyon dollara çatıb.

Nazirlikdən qeyd olunub ki, 2024-cü ilin mart ayında Türkiyəninixracatı 2023-ci ilin eyni ayı ilə müqayisədə 4,1 faiz azalaraq 22milyard 571 milyon dollar, idxalı isə 6,3 faiz azalaraq 29 milyard912 milyon dollar olub.

“Bu ilin yanvar-mart ayında Türkiyənin xarici ticarət dövriyyəsi147 milyard 548 milyon dollara çatıb” –deyə nazirlikdənbildirilib.

Nazirlikdən qeyd olunub ki, 2024-cü ilin yanvar-mart ayındaTürkiyənin ixracatı 2023-ci ilin eyni dövrü ilə müqayisədə 3,6 faizartaraq 63 milyard 603 milyon dollara, idxalı isə 12,8 faizazalaraq 83 milyard 945 milyon dollara çatıb.

Qeyd edək ki, keçən il Türkiyənin xarici ticarət dövriyyəsi 617milyard 551 milyon dollara çatıb.

2023-cü ildə Türkiyənin ixracı 2022-ci ilin eyni dövrü iləmüqayisədə 0,6 faiz artaraq 255 milyard 777 milyon, idxalı isə 0,5faiz azalaraq 361 milyard 774 milyon dollar olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
135
14
az.trend.az

10Mənbələr