AZ

Ölkədə internetin sürətinin artırılması ilə bağlı provayderlərlə müzakirə aparılıb

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA) bir sıra internet provayderləri ilə görüş keçirilib.

Bu barədə “APA-Economics”ə İKTA-dan bildirilib.

İKTA sədri vəzifəsini icra edən Nail Mərdanov bildirib ki, görüşün məqsədi Azərbaycanın dünyada internetin sürətinə görə reytinqinin yüksəlməsi üçün xidmət keyfiyyətinin artırılması istiqamətində görüləcək işlərin müzakirəsi və istehlakçı şikayətlərinin azalmasının təmin olunmasıdır.

Natiq bildirib ki, Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsində ölkəmizdə sabit genişzolaqlı şəbəkədə bir istifadəçinin internetdən orta istifadə sürətinin 2025-ci ildə 50 Mbit/s-ə, 2025-ci ildən sonra isə inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılması hədəf indikatoru olaraq müəyyən edilib.
Beləliklə, bu hədəfə çatmaq məqsədilə operator və provayderlərin təqdim etdikləri internet xidmətlərinin sürətlərinin artırılması üçün tədbirlərin görülməsinə dair tövsiyələr verilib. Qeyd olunub ki, optik şəbəkə və eləcə də operator və provayderlərin istifadə etdikləri texniki vasitələr sürət artımına tam olaraq uyğundurlar. Sürət artımının pilot olaraq sınaqdan çıxarılması, nəticələrin İKTA ilə təkrar müzakirə edilməsi təklif olunub.

Görüşdə çıxış edən internet provayderlərin nümayəndələri son zamanlar daşınma xərclərinin, avadanlıqların dəyərinin və infrastruktur qiymətlərinin artırılmasının xərclərin də artmasına səbəb olduğunu qeyd ediblər.
Sürət artımının qiymət artımına təsir etməsi ehtimalının obyektiv araşdırılması məqsədilə operator və provayderlər tərəfindən internet xidmətlərinin tariflərinin necə formalaşması barədə Agentliyə məlumat verilməsi də müzakirə olunub.

Görüşdə, həmçinin telekommunikasiya şəbəkələrinin genişləndirilməsi və xidmət keyfiyyətinin yüksəldilməsində dövlət-özəl tərəfdaşlığı alətlərindən istifadə perspektivləri barədə də danışılıb.

Görüşün sonunda problemlərin aradan qaldırılması məqsədilə bu tipli görüşlər, seminar və təlimlərin davamlı keçirilməsi qərara alınıb.

Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.

Ölkədə
Seçilən
108
12
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
21753
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19445
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18319
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17785
Çingiz Mustafayevin toyudur - FOTOLAR
17222
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
17095
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16215
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15632
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
12159
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11304
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
9743
"Zaur, yenə çaşdın..." - VİDEO
8896
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8672
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
8075
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7651
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7263
Minimum əmək haqqı nə qədər arta bilər?
7122
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6468
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5819