AZ

Nazim Əhmədlinin 70 yaşı Laçında qeyd olunub

Aprelin 27-də Laçın rayonunda Azərbaycan Yazıçılar Birliyinin Bədii Ədəbiyyatı Təbliğ Bürosunun direktoru və Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, publisist Nazim Əhmədlinin 70 illik yubileyi keçirilib. Tədbir Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə baş tutub.

İştirakçılar əvvəlcə şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Daha sonra qonaqlar şairin həyat və yaradıcılığını əks etdirən 20-dən çox kitabın yer aldığı sərgi ilə tanış olublar.

Nazim Əhmədli bir sıra beynəlxalq təşkilatların tədbirlərində ölkəmizi ləyaqətlə təmsil edib. Şeirləri, hekayələri respublika mətbuatında müntəzəm dərc olunub və rus, çeçen, alman, ingilis, yapon dillərinə tərcümə edilib, Türkiyə, özbək türkcələrində işıq üzü görüb.

Elm, ədəbiyyat və incəsənət xadimlərinin iştirakı ilə keçirilən tədbirdə Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Rəhimoğlu, Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin katibi, şair Nəsib Nəbioğlu, naşir Səbuhi Aslanov, AMEA-nın əməkdaşı, filologiya elmləri doktoru Esmira Fuad və başqaları Nazim Əhmədlinin yaradıcılığından söz açıb, şairlə bağlı xatirələrini bölüşüb, şeirlərini oxuyublar.

Sonda şair müəllifi olduğu və başqa yazarların kitablarını Laçında fəaliyyət göstərən "Simurq" kitabxanasına hədiyyə edib.
























Bizi İnstagramda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
1
525.az

2Mənbələr