AZ

Dünyanın ən böyük kriptovalyuta birjasının rəhbəri cəzalandırıldı

Ən böyük kriptovalyuta birjası "Binance"nin təsisçisi Çjao Çanpen, müvafiq lisenziyalar olmadan pul köçürmələri ilə bağlı cinayətlərə görə Sietl federal məhkəməsi tərəfindən dörd aylıq həbs cəzasına məhkum edilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Çjaonun cəzası prokurorların tələb etdiyi üç il həbsdən xeyli az olub. İş adamının müdafiəsi beş aylıq sınaq müddətində israr edib.

Xatırladaq ki, keçən ilin noyabr ayında Çjao ABŞ hökuməti ilə saziş bağlayıb və bununla da "Binance" ilə bağlı uzunmüddətli təhqiqata son qoyub. Sülh sazişinə əsasən, ən böyük kriptovalyuta birjasının təsisçisi baş direktor vəzifəsini tərk edərək 50 milyon dollar cərimə ödəməyə razılaşıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
4
milli.az

5Mənbələr