AZ

“Azərişıq” şirkətinin xalis mənfəəti kəskin azalıb - 4 DƏFƏYƏ YAXIN GERİLƏMƏ

Dövlətə məxsus “Azərişıq” ASC 2023-cü ili 14 milyon 728 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2022-ci ili 56 milyon 257 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, “Azərişıq” şirkətinin xalis mənfəəti 2023-cü ildə 2022-ci illə müqayisədə 3,8 dəfə azalıb.

Marja.az Şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, "Azərişıq” ASC-nin satışdan gəlirləri 2022-ci ildə 1 milyard 540 milyon 473 min manat ikən, 2023-cü ildə 1 milyard 619 milyon 317 min manata yüksəlib (78 milyon 898 min manat və ya 5,1% artıb).

Ötən il “Azərişıq” ASC-nin gəlirlərinin artmasına baxmayaraq, bir çox xərclərinin - inzibati xərclərin, ticari debitor borcları üzrə dəyərsizləşmə bərpası (zərər) xərclərinin və sair xərclərin artması xalis mənfəətin azalması ilə nəticələnib.

2023mənfəətsatışgəlirAzərişıq
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
marja.az

1Mənbələr