Norveç Ukraynaya yardımını bu il 600 milyon dollar artırır.
Reyting.az xarici portallara istinadla xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski özünün “X” sosial səhifəsində paylaşım edib.
Ukrayna prezidenti yazıb:
“Mən Ukraynaya göstərdiyi yardımın həcmini bu il 600 milyon dollar artırmaq barədə qərarına görə, baş nazir Yonas Qar Störə daxil olmaqla, Norveç hökumətinə təşəkkürümü bildirirəm”. ELÇİN