Britaniya hakimiyyəti birinci qeyri-leqal mühaciri ölkədən çıxarıb.
Reyting.az xəbər verir ki, bu barədə “The Sun” qəzeti məlumat yayıb.
Məlumata görə, Krallığa qeyri-qanuni yolla təşrif buyurmuş ruandalı mühacir geriyə – ölkəsinə yola salınıb. Bununla da Britaniya hökuməti miqrasiya böhranının həlli ilə bağlı planının həyata keçirilməsinə start verib.