AZ

ABŞ Senatı Rusiyadan zənginləşdirilmiş uranın idxalına qadağa qoyub

Bakı. Trend:

ABŞ Senatı Rusiyadan zənginləşdirilmiş uranın idxalını qadağanedən qanun layihəsini yekdilliklə təsdiqləyib.

Trend-inməlumatına görə, bu barədə məlumat qanunverici orqanın yuxarıpalatasının saytında yayımlanıb.

Bu təşəbbüs əvvəllər Konqresin Nümayəndələr Palatası tərəfindənbəyənilib. İndi sənədi ABŞ Prezidenti Cozef Bayden imzalamalıdır.Ağ Ev qanun layihəsini dəstəklədiyini bildirib.

Bununla belə, 2028-ci ilin yanvar ayına qədər müvəqqətiistisnalar olacaq. Belə ki, təşəbbüs ABŞ-ın Energetika Nazirliyinədövlət katibi və maliyyə naziri ilə razılaşdırmaqla Rusiya uranınınABŞ-ın mövcud qanunvericiliyi ilə icazə verilən həcmdə idxalınaicazə verməyə imkan verir.

Birləşmiş Ştatlar son illərdə modul nüvə reaktorlarınıgücləndirmək üçün Rusiyanın yüksək dərəcəli, aşağızənginləşdirilmiş uranını əvəz etməyə çalışır.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
9
az.trend.az

10Mənbələr