AZ

"Eurovision”da təhlükəsizlik BELƏ QORUNACAQ

İsveçin Malmö şəhərindəki "Malmö Arena" idman-əyləncə kompleksində keçiriləcək "Eurovision" mahnı müsabiqəsi zamanı təhlükəsizlik həm yerüstü videokameralar, həm də pilotsuz uçuş aparatları vasitəsilə təmin olunacaq.

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu barədə İsveç Polis Departamentinin press-relizində deyilir.

İsveçin təhlükəsizlik xidmətləri 23 səhifəlik xüsusi hesabatda müsabiqəyə təhdidlərin siyahısını təqdim edib. Onların sırasına kiber-hücumlar, vətəndaş itaətsizliyi və televiziya efirlərinin ələ keçirilməsi də daxildir.

Hüquq-mühafizə orqanları, həmçinin nümayəndələri müsabiqədə iştirak edən İsrailə qarşı etiraz aksiyalarının keçirilməsi ehtimalını da əsas götürür. Belə ki, Malmödə fəaliyyət göstərən "Fələstin qrupu" ictimai təşkilatı artıq on minlərlə insanın iştirakı ilə nümayişlər təşkil etmək niyyətində olduğunu açıqlayıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
8
milli.az

9Mənbələr