ABŞ-ın Nyu-Meksiko ştatında Holloman Hərbi Hava Qüvvələri bazası yaxınlığında F-16 qırıcısı qəzaya uğrayıb. SİA xəbər verir ki, bu barədə RİA Novosti aviabazanın bəyanatına istinadla məlumat yayıb.
Təyyarənin yeganə pilotunun sağ qaldığı bildirilib. Hazırda pilota tibbi yardım göstərilir.
Qəzanın səbəbləri açıqlanmayıb.