AZ

Xəzərin “mavi yanacağı” Avropa üçün enerji təhlükəsizliyi mənbəyidir

Odlar diyarı, qədim adət-ənənələri və geniş perspektivləri olan Azərbaycan təkcə bənzərsiz təbiətə və zəngin mədəniyyətə deyil, həm də müxtəlif təbii sərvətlərə, o cümlədən böyük qaz ehtiyatlarına malikdir. Hər ötən gün Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu getdikcə böyüyür. Xəzər dənizinin neft və qaz ehtiyatları uzun müddətdir ki, qlobal liderlərin diqqətini cəlb edir.

Bu baxımdan regionun enerji geosiyasətində mühüm mərhələ olan, 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi”nə diqqət çəkir. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə imzalanmış bu müqavilə siyasi, iqtisadi və strateji əhəmiyyətinə görə ən mühüm sazişlərdən biridir. “Əsrin müqaviləsi”nə 8 ölkədən - Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Səudiyyə Ərəbistanı və Yaponiyadan 13 iri beynəlxalq neft şirkəti cəlb edilib.

Bu illər ərzində Azərbaycan özünü etibarlı tərəfdaş kimi sübut edib. Avropanı təkcə neftlə deyil, həm də qazla təmin edib. Xəzərin “mavi yanacağı” bir sıra Avropa ölkələri üçün sabitliyin açarına çevrilib. Regionun artan tələbatına cavab olaraq, tərəflər 2027-ci ilə qədər Avropaya qaz tədarükünü ildə 20 milyard kubmetrə çatdırmaq barədə razılığa gəliblər. Müvafiq memorandum 2022-ci ilin yayında Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen tərəfindən imzalanıb.

Ölkədə təsdiqlənmiş təbii qaz ehtiyatları 2,6 trilyon kubmetr, proqnozlaşdırılan ehtiyatlar isə 3 trilyon kubmetrə yaxın qiymətləndirilir. Azərbaycandan Avropaya təbii qazın əsas mənbəyi nəhəng “Şahdəniz” yatağıdır, lakin gələcəkdə “Babək”, “Ümid”, “Qarabağ”, “Abşeron” kimi digər yataqların da cəlb edilməsi planlaşdırılır. “Abşeron”dan ilk qaz və kondensat 2023-cü ilin iyulunda alınıb və “Azəri-Çıraq-Dərinsulu Günəşli” yatağının işlənməsi layihəsi çərçivəsində bu il qaz hasilatına başlanılması nəzərdə tutulub. İlkin olaraq yarım milyard kubmetrə yaxın hasilat nəzərdə tutulur. Lakin gələcəkdə həcmlərin beş dəfə arta biləcəyi bildirilib.

Bu gün Azərbaycan qazını Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya və İtaliya, İtaliya vasitəsilə isə Almaniya, Böyük Britaniya, Fransa və İsveçrədən bir neçə iri enerji şirkəti alır. Albaniya, Bosniya və Herseqovina, Monteneqro, Xorvatiya, Slovakiya və Şimali Makedoniya da Azərbaycan təbii qazını almaqda maraqlıdır. Rumıniya Azərbaycandan mayeləşdirilmiş təbii qaz (LNG) almaq niyyətindədir. Gürcüstanın Qara dəniz limanlarından birində yerləşən SOCAR terminalında LNG-nin istehsalı və onun mayeləşdirilmiş formada Rumıniyanın Konstansa limanına çatdırılması nəzərdə tutulur.

Azərbaycan qazına belə yüksək tələbat təəccüblü deyil. İnvestorları Azərbaycanın etibarlılığı, sabitliyi və inkişaf etmiş infrastrukturu cəlb edir. Ticarət və logistika zəncirlərinin pozulduğu, bəzi dövlətlərin birtərəfli qaydada müqavilələrə xitam verdiyi pandemiya dövründə də Azərbaycan bütün öhdəliklərini yerinə yetirdi. Uzunmüddətli müqavilələr siyasəti Azərbaycana tədarükün proqnozlaşdırıla bilənliyini və etibarlılığını təmin etməyə imkan verir.

Azərbaycan uzun illər ərzində neft-qaz infrastrukturunun inkişafına sərmayə yatırıb və bu səylərin tacı uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizi layihəsi olub. Əlcəzairdən sonra Azərbaycan artıq İtaliyaya ikinci ən böyük qaz tədarükçüsünə çevrilib. Ümumiyyətlə, Azərbaycan qazının ixrac marşrutu getdikcə şaxələnir. Ölkəmizin tərəfdaşlığının sabitliyi və etibarlılığı bugünkü təlatümlü dövrdə xüsusilə qiymətlidir. Həmçinin Avropa İttifaqı ölkələri uzunmüddətli və sabit mənbə kimi Azərbaycan qazına getdikcə daha çox maraq göstərirlər.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası təkcə layihə çərçivəsində fəaliyyətlərin əlaqələndirilməsində deyil, həm də iştirakçı ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində və gələcək addımlarının müzakirəsində mühüm rol oynayaraq müasir çağırışlara adekvat cavab verməyə kömək edir.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə və enerji mənbələrinin şaxələndirilməsinə töhfəsi böyükdür. Azərbaycan və Avropa İttifaqı arasında bu sahədə strateji tərəfdaşlıq bütün regionun sabitliyinə və davamlı inkişafına töhfə verərək inkişaf etməkdə davam edəcək. Azərbaycan təkcə qaz ixracatçısı deyil, həm də bərpaolunan mənbələrdən potensial enerji ixracatçısına çevrilib. Həmçinin iqtisadiyyatı şaxələndirməyə və gələcəyə sərmayə qoymağa çalışan azsaylı ölkələrdən biridir. Azərbaycan qlobal enerji bazarında uzunmüddətli əməkdaşlığa və qlobal çağırışların həllinə hazır olan məsuliyyətli dövlət kimi özünü də artıq sübut edib.

Cavid Əkbər, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
261
32
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
12069
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8613
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
8575
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2370
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2088
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1893
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1777
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1536
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1171
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
953
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
730
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
532
Arda Gülər dayanmır, yenə fərqləndi -
471
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
432
Arda dubl etdi - VİDEO
378
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
374
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
368
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
368