AZ

Qusarda stolüstü tennis üzrə rayon birinciliyi keçirilib

Qusar rayonu üzrə gənclər və idman sektorunun inzibati binasında Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Qusar rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı və Qusar rayon "Pioner" şirkətinin sponsorluğu ilə stolüstü tennis idman növü üzrə kişilər arasında Qusar rayon birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, yarışda Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Qusar rayonu üzrə gənclər və idman sektorunun müdiri Emil Əmirmətov, Qusar rayon "Pioner" şirkətinin nümayəndəsi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin inkişafı Agentliyinin nümayəndəsi Emin Orucov, Qusar rayonu üzrə gənclər və idman sektorunun əməkdaşları, məşqçi-müəllimlər və 30 nəfər idmançı iştirak etmişdir. Yarışda qalib gəlmiş idmançılar Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin diplom və medalları, "Pioner" şirkətinin isə pul mükafatı və qiymətli hədiyyələri ilə təltif edilmişlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
rekord.az

1Mənbələr