AZ

“Karvan” Ticarət Mərkəzindən maddi ziyan tələbi

Sumqayıtda fəaliyyə göstərən “Karvan” Ticarət Mərkəzindən maddi ziyan tələb edilir. 

Valyuta.az xəbər verir ki, mərkəzin icarədarı olmuş Namiq Abdullayev bununla bağlı məhkəmədə iddia qaldırıb. 

Onun iddiasına Sumqayıt Kommersiya Məhkəməsində baxılacaq. 

Mayın 22-nə iş üzrə məhkəmə baxış iclası təyin edilib. 

İclas hakim Zülfüqar Sadıqovun sədrliyi ilə keçiriləcək. 

2013-cü ildə “Karvan” Ticarət Mərkəzində yanğın baş verib. Nəticədə mərkəzdə xeyli mağaza yanıb. 

“Karvan” Ticarət Mərkəzi “Karvan İstehsalat Kommersiya Şirkəti” MMC-yə məxsudur. 

Hüseyn

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
valyuta.az

1Mənbələr