AZ

Hakerlər “LAF TV”-nin “YouTube” kanalını ƏLƏ KEÇİRDİLƏR

“Əldə etdiyimiz məlumata görə “LAF TV”-nin “YouTube” kanalı Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin və başqa bir dövlət qurumunun çətiri altında fəaliyyət göstərən hakerlər tərəfindən ələ keçirilərək silinib. Buna səbəb həmin idarənin keçmiş əməkdaşı mayor Mansur Məmmədovun “LAF TV”-yə verdiyi müsahibə olub”.

Medianews.az xəbər verir ki, bu iddianı Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu sosial şəbəkə hesabında ortaya qoyub.

O xatırladıb ki, Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindən əsassız olaraq xidmətdən azad edildikdən sonra mayor Mansur Məmmədov “Veysəloğlu” şirkətinin təhlükəsizlik xidmətinin rəhbəri vəzifəsində çalışıb.

Ə.Oruclunun sözlərinə görə, “Veysəloğlu” rəhbərliyi ilə əlaqəyə girən Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbərliyi mayor Mansur Məmmədovun şirkətdən işdən çıxarılmasına da nail olub: “Buna birbaşa qərar verən şirkətin rəhbəri Aydın Talıbov olub. “LAF TV”-nin canlı efirində verdiyi müsahibədə mayor Mansur Məmmədov müdafiə nazirliyində hələ də fəaliyyət göstərən Nəcməddin Sadıkov cinayətkar dəstəsini və onunla işbirliyində olan “Veysəloğlu” şirkətinin rəhbərliyini ifşa edən faktlar açıqlamışdı. Bundan əvvəl məlum hakerlər mayor Məmmədovun müsahibə verdiyi “Səngər TV”-ni də hədəfə almışdılar. Xatırladım ki, Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Tərtər cinayətkarı, general-mayor Hilal Nəcəfovdur. İllər boyu dediyimiz də bu idi ki, Tərtər qatillərinin cəzasız qalması onların daha ağır cinayətlər törətməsinə yol açacaq. Sadıkov dəstəsinin üzvləri, o cümlədən Hilal Nəcəfov hazırda cəzasız qalmaqdadır. Özü də Baş Prokurorluğun sayəsində”.

Ə.Oruclu iddia edib ki, Tərtər qətliamının istintaqını aparan qrupun rəhbəri Qasım Məmmədov cinayət qurbanlarının Hilal Nəcəfova qarşı verdiyi ifadələrini nəinki gizlədib, hətta bir çox zərərçəkmişləri ifadələrini dəyişməyə məcbur edib: “Cəzasız qalan cinayətkar çətə artıq dövlətin informasiya siyasətinə tesir edir və “LAF TV” kimi obyektiv mövqe nümayiş etdirən kanalı kibercinayət yolu ilə ələ keçirir. İndi dövlətin hansı addımı atacağı maraqlıdır”.

“Əldə etdiyimiz məlumata görə “LAF TV”-nin “YouTube” kanalı Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin və başqa bir dövlət qurumunun çətiri altında fəaliyyət göstərən hakerlər tərəfindən ələ keçirilərək silinib. Buna səbəb həmin idarənin keçmiş əməkdaşı mayor Mansur Məmmədovun “LAF TV”-yə verdiyi müsahibə olub”.

.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
demokrat.az

1Mənbələr