AZ

ABŞ-ın daha səkkiz nəşri müəllif hüquqlarının pozulmasına görə ChatGPT-ni məhkəməyə verir

Səkkiz Amerika qəzeti Microsoft-a və ChatGPT chatbotunun yaradıcısına qarşı məhkəmə iddiası qaldıraraq  şirkətləri müəllif hüquqlarını pozmaqda ittiham edib.

32gun.az bildirir ki, "Axios" bu barədə məhkəmə sənədinə istinadən xəbər verib. 

Nəşr qeyd edir ki, investisiya nəhəngi "Alden Global Capital"a məxsus səkkiz nəşr müəllif hüquqlarının pozulmasına görə "OpenAI" və "Microsoft"u məhkəməyə verib.

İddianı "New York Daily News", "Chicago Tribune", "Orlando Sentinel", "South Florida Sun Sentinel", "San Jose Mercury News", "Denver Post", "Orange County Register" və "St. Paul Pioneer Press" qaldırıb.

Nəşrlər şirkətləri milyonlarla müəllif hüquqları ilə qorunan məqalələri lazımi icazə və ya ödəniş olmadan oğurlamaqda ittiham edir.

2023-cü ilin dekabrında Amerikanın gündəlik qəzeti "The New York Times" (NYT) müəllif hüquqlarının pozulması səbəbindən Microsoft korporasiyasına və intellektual "ChatGPT OpenAI" chatbotunun yaradıcısına qarşı məhkəmə iddiası qaldırıb . İddiaya görə, OpenAI və Microsoft milyonlarla NYT məqaləsi üzərində süni intellekt (AI) sistemlərini öyrədiblər.

Daha əvvəl məlum olmuşdu ki, “Apple” öz süni intellektini qəzet və jurnalların materiallarından istifadə etməklə qanuni şəkildə öyrətməyi planlaşdırır.

Ayxan 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
5
32gun.az

6Mənbələr