AZ

Bayramov Mirzoyanla Qazaxıstanda görüşəcək - Yenilənib

“Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında Qazaxıstanda keçirilməsi planlaşdırılan danışıqların vaxtı hələ müəyyən edilməyib”. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Qazaxıstan xarici işlər nazirinin müavini Alibek Bakaev “RİA Novosti”yə məlumat verib

O bildirib ki, hələ ki rəsmi İrəvan bu təklifə cavab verməyib.

***

Azərbaycan və Ermənistan tərəfləri Qazaxıstanda keçiriləcək danışıqlarda iştirakını təsdiqləyib.

Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov “RIA Novosti”yə məlumat verib.

Danışıqların dəqiq tarixi barədə hələlik məlumat verilməyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
3
qafqazinfo.az

6Mənbələr