AZ

Fransa rusiyalı könüllülərin Olimpiadaya akkreditasiya üçün müraciətini rədd edib

Fransa Yay Olimpiya Oyunları üçün Parisə getmək istəyən Rusiyadan 20-dən çox könüllünün müraciətini rədd edib.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə TASS-a ərizə təqdim edən qız məlumat verib.

 

“Mən təşkilat komitəsindən məktub almışam. Orada deyilirdi ki, Fransa rəsmiləri mənim ərizəmi qəbul etməyiblər. Mən də müraciət edən 20-dən çox rusla əlaqə saxladım. Bütün bu adamlar da rədd cavabı aldılar”, - qız bildirib.

 

O, həmçinin qeyd edib ki, belə tədbirlərdə bütün insanların böyük təcrübəsi var.

 

2022-ci il fevralın sonunda Beynəlxalq Olimpiya Komitəsi (BOK) beynəlxalq idman federasiyalarına müraciət edərək, onlara Rusiya və Belarus idmançılarını heç bir yarışa buraxmamağı tövsiyə edib. 2023-cü ilin sonunda təşkilat rusları və belarusları neytral idmançı kimi qəbul etmək qərarına gəlib. İştirak etmək üçün onlar bir sıra tələbləri yerinə yetirməli və tələblərə cavab verməlidirlər.

 

2024-cü il Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək Fransanın paytaxtında keçiriləcək.

 

Bundan əvvəl Fransada 2024-cü il Olimpiadası ilə bağlı məxfi məlumatlar olan noutbuk oğurlanmışdı.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
5
oxu24.com

5Mənbələr