İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “İxrac icmalı”nın aprel sayı açıqlanıb.
Marja.az xəbər verir ki, “İxrac icmalı”nda göstərilib ki, 2024-cü ilin aprel ayı ərzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə həyata keçirilmiş qeyri-neft ixracının dəyəri 38,8 milyon ABŞ dolları olub.
2024-cü ilin yanvar-mart ayları üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunublar: “MKT İstehsalat Kommersiya” MMC, “P-Aqro” MMC, Muradova Sahibə Səlimət qızı, “My Fruit” MMC, “Technopack” MMC, “Mors Trading” MMC, “Baku Steel Company” QSC, “Soil Boons” MMC, “Khan-El” MMC, “Atena” MMC.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar: “SOCAR Polymer” MMC, “Azərenerji” ATSC, “Azəralüminium” MMC, “AzerGold” QSC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan Hava Yolları” QSC, “Azəripək” MMC, Naxçıvan MR Dövlət Energetika Xidməti MMC, “Azərbaycan Dəmir Yolları” QSC.