AZ

“Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulan qurumların sayı ARTIRILDI 

“Tələbə-məzun” dövlət elektron məlumat sistemi qoşulmalı olan dövlət orqanlarının sayı artırılıb. 

Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnaməyə edilən dəyişiklikdə əksini tapıb. 

Bu siyahıya Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi əlavə edilib. 

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
9
bizim.media

10Mənbələr