Xankəndidəki Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq? - YENİLƏNDİ (VİDEO)
Xankəndidəki Qarabağ Universitetinə məxsus yataqxananın ödənişli, yaxud ödənişsiz olması ilə bağlı məsələyə aydınlıq gətirilib. Manset.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, Qarabağ Universiteti üçün nəzərdə tutulan yataqxana həm müəllimlər, həm də tələbələr üçün tam ödənişsiz olacaq. 13:08Xankəndidəki Qarabağ Universitetinə məxsus yataqxananın görüntüləri yayımlanıb.Manset.az xəbər verir ki, bunu özündə əks etdirən videogörüntü sosial şəbəkələrdə paylaşılıb. Qeyd edək ki, yataqxana müəllim və tələbələr üçün nəzərdə tutulub.