AZ

Georgi Kalandarişvili yenidən Gürcüstan MSK-nın sədri seçilib

Gürcüstan parlamenti Mərkəzi Seçki Komissiyasının (MSK) rəhbəri Georgi Kalandarişvilini yenidən bu postda təsdiq edib.

İnterpress.az xəbər verir ki, bu barədə Gürcüstan KİV-i məlumat yayıb.

Onun namizədliyini hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasından olan deputatlar və müxalifətin bir hissəsi dəstəkləyib.

Məlumata görə, 85 deputat G.Kalandarişvilinin lehinə, 5 deputat isə əleyhinə səs verib.

Parlament həmçinin komissiya üzvlərini də təsdiqləyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
1
interpress.az

2Mənbələr