AZ

Kahin seçkilərdə kimin qalib gələcəyini açıqladı: Hələ yanılmayıb

1984-cü ildən bəri ABŞ-da keçirilən hər prezident seçkilərinin nəticəsini düzgün proqnozlaşdıran tarixçi Allan Lixtman hazırkı prezident Co Baydenin noyabrda Respublikaçı Donald Trampa qalib gələcəyini iddia edib.

Musavat.com xəbər verir ki, Vaşinqtondakı Amerika Universitetinin tarix professoru Allan Lixtman prezidentliyə namizədlərin uğur ehtimallarını “13 açar” adlandırdığı sistemlə hesablayır.

Alim qeyd edir ki, onun texnikası sorğulara və ya namizədlərin təşviqat fəaliyyətinə deyil, yalnız tarixi faktorlara əsaslanır. “13 açar” siyahısına iqtisadiyyatdan hərbi nailiyyətlərə, lider xarizmasından tutmuş partiyadaxili rəqabətə qədər müxtəlif meyarlar daxildir. Bayden seçkilərə 8 ay qalmış keçirilən sorğularda rəqibi Trampdan geridə qalırmış kimi görünməyə davam etsə də, professor Lixtmanın fikrincə, işlər hələ də hazırkı ABŞ prezidentinin xeyrinədir.

Lichtman bildirir ki, Bayden itirməsi üçün 13 açardan ibarət siyahıdan daha 6 maddə aşağı düşməlidir. Başqa sözlə, Baydenin Trampa uduzması üçün qarşıdakı dövrdə “daha ​​çox səhvlərə yol verməsi” lazımdır.

Yeni sorğuya görə, amerikalılar keçmiş prezident Trampın səlahiyyət müddətini yaxşı dövr xatırlayırlar. Amerikanın CNN telekanalının son sorğusu hazırkı prezident Co Baydeni rəqibi Trampdan geridə qoyan göstəriciləri üzə çıxarıb. Sorğunun nəticələrinə görə, amerikalıların 55 faizi Trampın 2016-2020-ci illərdə prezidentlik müddətinin “uğurlu” olduğunu bildirib.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
2
musavat.com

3Mənbələr