AZ

Deputat: "Avarçəkənlərimizin nəticələri ilə fəxr edə bilərik"

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş avarçəkmə üzrə “Prezident Kuboku-2024” beynəlxalq reqatasının açılışı olub.

Futbolpress.az xəbər verir ki, Milli Məclisin deputatı Elman Nəsirov jurnalistlərə açıqlamasında avarçəkmənin son dövrlərdə Azərbaycanda populyarlaşmasından danışıb:

"Artıq üçüncü ildir ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümü ilə bağlı belə mühüm bir idman tədbiri həyata keçirilir. Avarçəkmə Azərbaycanda bu qədər populyar olmamışdı. Etiraf etməliyik ki, güləş ölkəmizdə çox populyardır. Bu idman növü üzrə beynəlxalq yarışlarda pəhləvanlarımız yüksək nəticələr əldə edir, medallar qazanırlar. Avarçəkənlərimizin nəticələri ilə fəxr edə bilərik. Dünən də son dərəcə sevindirici xəbər aldıq. Avarçəkənimiz Diana Dımçenko Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Bu həm Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə, həm də cənab Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimizin qazandığı zəfərə böyük bir töhfədir".

Deputat avarçəkənimizin Olimpiya Oyunlarında uğurlu çıxışına inandığını deyib:

"Bəlkə də çoxları güman etmirdi ki, avarçəkmə üzrə idmançımız Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq. Amma fakt budur ki, idmançılarımız, sadəcə, iki ildir bu idman növündə öz sözlərini deməyə başlamalarına rəğmən, əldə edilən uğur göz qabağındadır. Hər bir idmançımıza uğurlar arzu edir, sonsuz güvənirik".

“Prezident Kuboku 2024” beynəlxalq reqatası mayın 3-də başa çatacaq.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
1
futbolpress.az

2Mənbələr