AZ

Latviya Belarusla sərhəddə yeni döyüş taborları formalaşdırmağı planlaşdırır

Latviya Belarusla sərhədin yaxınlığında silahlı qüvvələri üçün yeddi yeni tabor formalaşdırmaq qərarına gəlib.Missiya.Az STV telekanalına istinadən xəbər verir ki, bu barədə Latviya Silahlı Qüvvələrinin komandanı deyib.Komandanın sözlərinə görə, taborların hər birində min nəfərədək hərbçi xidmət edəcək. Yüksək hazırlıqlı ilk taborun iyunda xidmətə başlayacağı gözlənilir. Müdafiə Nazirliyinin planına əsasən, digər taborların formalaşması bir ildən üç ilədək vaxt aparacaq. Onların tərkibinə kəşfiyyat məlumatlarının toplanması və kibermüdafiə missiyasını yerinə yetirən xüsusi təyinatlı dəstələr daxil olacaq.Zərintac MayisqızıMissiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
1
missiya.az

2Mənbələr