AZ

XİN başçısı: Azərbaycanın tərəfdarı olduğu birbaşa sülh danışıqları ən effektiv və uğurlu xətt kimi özünü doğruldub

Azərbaycanın tərəfdarı olduğu ikitərəfli və birbaşa sülh danışıqları ən effektiv və uğurlu xətt kimi özünü doğruldub.

Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ərəb Dövlətləri Liqası - Mərkəzi Asiya - Azərbaycan Respublikası Əməkdaşlıq və İqtisadi Forumunun üçüncü iclasında çıxışı zamanı deyib.

Ceyhun Bayramov, həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, bu fəaliyyətə təhdid törədən mina təhlükəsi, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə ətraflı məlumat verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
10
aznews.az

10Mənbələr