AZ

Paytaxt klubunda yeni müqavilə

Çoxsaylı şayiələrə baxmayaraq, Uorren Zair-Emeri PSJ-ni bu yay tərk etməyəcək. Paytaxt klubu onunla müqaviləni yeniləyib.

Fransa klubunun saytının yaydığı xəbərə görə, 18 yaşlı futbolçu ilə müddəti 2029-cu il iyunun 30-dək nəzərdə tutulan yeni müqavilə imzalanıb. Zair-Emeri 2014-cü ildən PSJ-nin sistemindədi. O, bu mövsüm paytaxt klubunun əsas komandasının heyətində 38 matç keçirib. Yarımmüdafiəçinin Fransa çempionatında 25 oyuna 2 qol vurduğunu da xatırladaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
1
football-plus.az

2Mənbələr