AZ

Azərbaycan çempionatında azarkeşlər hakimləri döyməyə cəhd edib

Tarix: 30 Aprel 2024 14:00

Azərbaycan çempionatının Həvəskar Liqasında qalmaqal baş verib.
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, hadisə AHFF-nin birinciliyinin I turu çərçivəsində keçirilən "Ərkivan" (Masallı) - "Şirvan" oyununda baş verib.
Matçın 2-ci hissəsinin əlavə vaxtında "Ərkivan"ın azarkeşləri hakimlər briqadasını vurmağa cəhd ediblər. AFFA yaşananları müzakirə edərək hadisəyə hüquqi qiymət verib.
İntizam Komitəsi "Ərkivan"ı cəzalandırıb. Masallı təmsilçisi növbəti 3 oyunu azarkeşsiz keçirəcək.

Milli.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
5
sonxeber.net

6Mənbələr