AZ

Arda "Real"da kimin varisi hesab edilir? - Danışıqlar zamanı mənə dedilər ki...

Türkiyəli yarımmüdafiəçi Arda Gülər "Real"a transferinin necə reallaşmasından danışıb.

Publika.az xəbər verir ki, o, Madrid klubunda Luka Modriçin varisi hesab edildiyini bildirib:

"Tətildə olanda atam mənə zəng edib dedi ki, "Real" səni istəyir. Çox həyəcanlı idim. Bu, mənim uşaqlıq arzum idi, ona görə də seçimimdə arxayın idim.

Danışıqlar zamanı "Real" tərəfi mənə Luka Modriçin varisi olacağımı söylədi. Uzunmüddətli layihə təklif etdilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
3
publika.az

6Mənbələr