AZ

“Konyaspor” baş məşqçi postunu idman direktoruna tapşırdı

Ötən gün Fahrudin Omeroviçi istefaya göndərən Türkiyənin “Konyaspor” komandasının yeni baş məşqçisi müəyyənləşib.

Arena.az xəbər verir ki, Super Liqa təmsilçisinə bundan sonra Ali Çamdalı rəhbərlik edəcək.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə bildirilir ki, 2023-cü ildən klubun idman direktoru vəzifəsində işləyən Ali Çamdalı komandanın müvəqqəti baş məşqçisi təyin olunub. O, cari mövsümün sonuna qədər Konya təmsilçisini çalışdıracaq.

40 yaşlı mütəxəssis futbolçu karyerası ərzində 2013-2018-ci illərdə və 2019-cu ildə məhz “Konyaspor”da oynayıb. O, bu komandanın kapitanı olub. Həmçinin Ali Çamdalı “Borussiya” (Mönhenqladbax), “Bayer”in ehtiyat komandası, “Kayserispor”, “Kocaelispor”, “Orduspor”, “Rizəspor” və “Manisa”da da çıxış edib.

Xatırladaq ki, Türkiyə klubuna bu ilin yanvar ayından etibarən Fahrudin Omeroviç rəhbərlik edirdi. O, ötən gün istefaya göndərilib. İstefaya komandanın uğursuz çıxışı səbəb olub. Belə ki, Konya təmsilçisi Super Liqada 34 turdan sonra 36 xalla 15-ci pillədə qərarlaşıb.

“Konyaspor” Omeroviçin rəhbərliyi altında bütövlükdə 17 oyuna çıxıb. Bu görüşlərdə 6 qələbə, 5 heç-heçə, 6 məğlubiyyət qeydə alınıb. Bosniya və Herseqovinadan olan 62 yaşlı mütəxəssis əvvəllər də müxtəlif illərdə “Konyaspor”da köməkçi məşqçi kimi çalışmışdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
3
arena.az

4Mənbələr