AZ

Fransa Senatının üzvü Ermənistan MN-də görüş keçirdi

Aprelin 30-da Ermənistanın müdafiə naziri Suren Papikyan Fransa Senatının xarici əlaqələr, müdafiə, silahlı qüvvələr və Avropa işləri üzrə komissiyalarının üzvü Ronan Le Qloyonu qəbul edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistan MN-nin mətbuat xidməti məlumat yayıb.

Görüşdə Fransanın Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Olivye Dekotini də iştirak edib.

Görüş zamanı Ermənistan və Fransa arasında müdafiə sahəsində ikitərəfli əlaqələr, eləcə də Avropa İttifaqı ilə əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub.


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
3
yenisabah.az

4Mənbələr