AZ

“Qarabağ” - “Neftçi” matçının stadionu dəyişdirildi

Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün 33-cü turu çərçivəsində keçirilməli olan “Qarabağ” – “Neftçi” oyununun məkanı dəyişib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə bildirilir ki, təşkilati işlərlə əlaqədar olaraq Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməli olan “Qarabağ” – “Neftçi” oyununun məkanında dəyişiklik edilib. Yeni qərara əsasən, qarşılaşma “Azərsun Arena”da baş tutacaq.

Qeyd edək ki, oyun öncədən nəzərdə tutulduğu kimi mayın 4-də keçiriləcək. Qarşılaşmaya saat 19:30-da start veriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
14
arena.az

10Mənbələr