AZ

İranda 29 həkim spirtli içkidən zəhərləndi

İranın Şiraz şəhərində 29 həkim spirtli içkidən zəhərlənərək xəstəxanaya yerləşdirilib.

 

Hadisə Şiraz ətrafındakı bağlardan birində keçirilən şənlik mərasimində baş verib.

 

Qadın həkimlərdən biri ölüb, bir neçə həkim komaya düşüb, digərləri isə böyrək çatışmazlığı diaqnozu ilə müalicə olunurlar.

 

Axar.az xatırladır ki, İranda spirtli içki istehsalı qadağan olduğuna görə gizli və qeyri-standart şəkildə hazırlanan spirtli içkilər hər il minlərlə insanın zəhərlənməsinə və ölümünə səbəb olur.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
4
senzor.az

7Mənbələr