AZ

Bakıda baş verən zəncirvari qəzanın səbəbi barədə RƏSMİ AÇIQLAMA - YENİLƏNMƏ + VİDEO

“Rəşid Behbudov küçəsində baş verən zəncirvari yol nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb”.

Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli deyib.

“Bu gecə saat 00:54-də paytaxtın Nəsimi rayonu Rəşid Behbudov küçəsində doqquz nəqliyyat vasitəsinin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisə nəticəsində bir nəfər xəsarət alıb. Hadisəyə ilkin səbəb olaraq iki nəqliyyat vasitəsinin sürət yarışına çıxması göstərilir.

Hazırda faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır”, - deyə T. Nəsirli bildirib.

***06.29

Bakıda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə görüntülər sosial şəbəkələrdə yer alıb.

Belə ki, paytaxtın Nəsimi rayonu, Rəşid Behdudov küçəsində 10-a yaxın avtomobil toqquşub.

Ölən və xəsarət alanlar barədə dəqiq məlumat yoxdur.

Həmin görüntüləri təqdim edirik:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
38
Mənbələr
Şərh ()
Bağla