Bu gün Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə start veriləcək. Futbolpress.az xəbər verir ki, 1/4 finalın ilk görüşündə "Xırdalan" və "Neftçi" ilə qarşılaşacaq. Matç "Sərhədçi" İdman Mərkəzində keçiriləcək və 19:30-da start götürəcək. Komandalar arasında ikinci oyun mayın 2-də baş tutacaq. Ən tez 2 qələbə qazanan komanda yarımfinala yüksələcək. Mərhələnin digər görüşündə isə "Xəzri" və "Sərhədçi" üz-üzə gələcəklər. tags tags