AZ

Xalq artisti vəfat etdi - FOTO

Sovet və Rusiya teatr, kino aktrisası Zoya Zelinskaya 94 yaşında vəfat edib. 

News24.az xəbər verir ki, bu barədə bazar ertəsi, aprelin 29-da aktrisanın 70 il xidmət göstərdiyi Satira Teatrı məlumat yayıb.

"Teatrın kollektivi Zoya Nikolayevnanın ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir", - mesajda deyilir.

Qeyd edək ki, 1976-cı ildə Zelinskaya Polşa Xalq Respublikasının əməkdar mədəniyyət işçisi, 1991-ci ildə isə RSFSR xalq artisti fəxri adlarına layiq görülüb.

Günel Məlikzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
9
news24.az

9Mənbələr