AZ

ADNA terrorundan 15 il ötür...

Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terrordan 15 il ötür.Azərbaycanı dəhşətə gətirən hadisə 2009-cu il aprel ayının 30-u səhər saat 09:30-da baş verib.ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan silahlı şəxs inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər kəsə “Makarov” tipli tapançadan atılan atəşlə xəsarət yetirib. İstintaq materiallarına və şahid ifadələrinə görə, cinayətkar şəxsləri əsasən baş və boyun nahiyəsindən güllələyib. Gülləyə tuş gələnlərin içərisində akademiyanın professorları, laborantlar, tələbələr, müəllimlər, qapıçı və hətta yeməkxanaya süd məhsulları gətirən yaşlı bir qadın da olub.Qanlı hadisə nəticəsində aşağıda adı olan şəxslər öldürülüb:1. Neft qaz istehsalı və emalı texnikası kafedrasının müdiri, professor Abdullayev Ramiz Xəlil oğlu, 1940-ci il təvəllüdlü2. Nəzəri Mexanika Fakultəsinin laboratoriya müdiri Əzizova Tamilla Zülfüqar qızı, 1951-ci il təvəllüdlü3. Neft qaz istehsali və emali texnikası kafedrasının müəllimi, dosent Vahidov Məcnun Abdulvahid oğlu , 1946-ci il təvəllüdlü4. Biotexniki və texniki cihazlar kafedrasının laborantı Məmmədova Şəfa Afət qızı, 1978-ci il təvəllüdlüTələbələr5. Məmmədov Taleh Tariyel oğlu, 1988-ci il təvəllüdlü6. Bəndəliyev Yusif Telman oğlu, 1989-cu il təvəllüdlü7. Bağırov Ayaz Cavanşir oğlu, 1988-ci il təvəllüdlü8. Cabbarov Savalan Allahverdi oğlu, 1987-ci il təvəllüdlü9. Abdullayev Emin İmaməli oğlu , 1989-cu il təvəllüdlü10. Babaşov Ruslan Cəfər oğlu, 1990-ci il təvəllüdlü11. Aslanov Ceyhun Sakit oğlu, 1988-ci il təvəllüdlü12. Akademiyaya süd məhsulları gətirən Qurbanova Ayna Abbasqulu qızı , 1957-ci il təvəllüdlü.Yaralananların siyahısı: 1. İsayev Kənan2. Mustafa Məhəmməd3. Rüstəmbəyov Faiq4. Şirəliyev İlkin Azər oğlu (1989-cu il)5. Mustafayev Elşən Elbəy oğlu (1989-cu il)6. Axundov Rəhman7. Cəmiyev Elvin Azər oğlu (1989-cu il)8. Hüseyinli Zemfira9. Daas Muavviyyə (Suriya)10. Seyidəhməd Əmru.Hadisəni törədən cinayətkar ələ keçməmək üçün əlindəki silahla özünü vurmuşdu. Hüquq-mühafizə orqanı əməkdaşlarının hadisə yerində apardığı araşdırmadan məlum oldu ki, cinayətkar 29 yaşlı Gürcüstan vətəndaşı Fərda Qədirovdur. Onun üzərindən şəxsiyyətini təsdiq edən sənədlə yanaşı, “Makarov” tipli tapança, habelə hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd patrondaş, 2 tapança sandıqçası aşkar edildi.Cinayət işi üzrə həbs edilmiş Cavidan Əmirov, Nəcəf Süleymanov və Nadir Əliyev Cinayət Məcəlləsinin terrorçuluq, qəsdən adam öldürməyə hazırlıq, qəsdən adamöldürmə, qəsdən adam öldürməyə cəhd, mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq, qanunsuz olaraq odlu silah, döyüş sursatı əldəetmə, saxlama, daşıma və gəzdirmə, qanunsuz olaraq narkotik vasitələri əldəetmə, saxlama və daşıma, Ariz Qabulova isə qaçaqmalçılıq və qanunsuz olaraq odlu silah, döyüş sursatı əldəetmə, saxlama, daşıma və gəzdirmə maddələri ilə ittiham olunub. Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
6
azadmedia.az

8Mənbələr