Meksikada 5,1 maqnituda gücündə zəlzələ qeydə alınıb.
Reyting.az xarici KİV-ə istinadla bildirir ki, bu barədə Avropa-Aralıq Dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, zəlzələnin episentri Meksikanın 537 min əhalisi olan Tustla-Qeterres şəhərindən 64 kilometr cənubda, 143 metr dərinlikdə olub.