AZ

Avropa Komissiyası “Facebook” və “Instagram”ı dezinformasiyada ittiham edir

Avropa Komissiyası (AK) “Facebook” və “Instagram”a və bu sosial şəbəkələrin məxsus olduğu ABŞ-nin “Meta” şirkətinə qarşı təhqiqata başlayacaq.

Buna səbəb bu resursların dezinformasiyanın yayılmasının qarşısını almaq üçün kifayət qədər səy göstərməməsidir.

Məlumata görə, Avropa komissarları xüsusilə Rusiyanın Avropa Parlamentinə seçkilərə müdaxilə cəhdlərinə adıçəkilən platformaların necə yanaşmasından narahatdırlar.

Qeyd edək ki, seçkilər 6-9 iyun 2024-cü il tarixlərində bütün Aİ ölkələrində keçiriləcək.

Mənbə: TASS

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
144
16
Mənbələr
Şərh ()
Bağla