AZ

Yaponiyada ayı hücumu həyəcanı: Süni intellekt işə salınacaq

Yaponiyada hökumət, bələdiyyə və özəl təhlükəsizlik kameralarından insanlara yaxın ərazilərdə hərəkət edən ayıları aşkar etmək, polisə və ovçulara dərhal xəbərdarlıq göndərmək üçün  canlı yayımlara nəzarət edəcək.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, süni intellektdən ayıların hərəkət nümunələrini izləmək və gələcəkdə harada olacaqlarını təxmin etməyə çalışmaq üçün də istifadə olunacaq.
 
Plan uğurlu olarsa, o, ölkənin əhəmiyyətli ayı populyasiyası olan digər bölgələrinə də yayılacaq.
 
Qeyd esək ki, mart ayına qədər 19 əyalətdə ayı hücumları nəticəsində 200-dən çox xəsarət və 6 ölüm baş verib. Bunlar ümummilli məlumatlar əldə olunduqdan sonra qeydə alınan ən yüksək rəqəmlərdir. Heyvanlarla qarşılaşmaların artmasına səbəb kimi ayıların əsas qida məhsulunun dəyişməsi və kənd əhalisinin azalması göstərilir. 
 
Gülay
Seçilən
114
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq