AZ

Kürdəmirdə ağır qəza: 2 nəfər xəsarət aldı - FOTO

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Kürdəmirdə avtomobil qəzası baş verib, xəsarət alanlar var.

Bizim.Media-nın Aran  bürosu xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Sor-Sor kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki,”Hyundai" markalı avtomaşının sürücüsü 1989-cu il təvəllüdlü Ələsgərov Yusif Məhərrəm oğlu Kürdəmir istiqamətində hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq yol kənarına aşıb.

Qəza zamanı sürücü Yusif Ələsgərov və onun sərnişini 1992-ci il təvəllüdlü Ələsgərova Aytəkin Bilal qızı müxtəlif dərəcəli bədən xəsarəti alaraq təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Hazırda faktla bağlı araşdərma aparılır.

 


Bizim.Media, Aran bürosu

Seçilən
86
5
Mənbələr
Şərh ()
Bağla