AZ

Azərbaycan gimnastı Nikita Simonov vətəninə tarixi medal gətirdi - FOTOlar

İtaliyanın Rimini şəhərində kişilər arasında idman gimnastikası üzrə Avropa çempionatında iştirak edən Azərbaycan gimnastları vətənə qayıdıblar.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Nikita Simonov halqalarla hərəkətlərdə Avropa çempionatında gümüş medal qazanıb. Bununla da N. Simonov Azərbaycanın kişi idman gimnastikası tarixində Avropa çempionatlarında əldə edilmiş ilk medalın sahibi olub.

Kişilərdən ibarət idman gimnastika komandasının üzvlərini Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Gimnastika Federasiyasının nümayəndələri, həmkarları, habelə ailə üzvləri və dostları qarşılayıblar.

Qeyd edək ki, aprelin 24-28-də Rimini şəhərində kişilər arasında idman gimnastikası üzrə Avropa çempionatı keçirilib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
6
milli.az

7Mənbələr