AZ

Hacıqabulda avtomobil aşıb, xəsarət alanlar var

Hacıqabulda yol-nəqliyyat hadisəsi olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Bakı sakini, 1986-cı il təvəllüdlü Mehman Məmmədhüseyn Azad oğlunun idarə etdiyi "Ford Transit" markalı avtomobil aşıb.

Nəticədə sürücü və sərnişin - Bakı sakini 2005-ci il təvəllüflü Vəliyev Əmrah Novruz oğlu xəsarət alaraq Şirvan xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
2
milli.az

3Mənbələr