Hər gün, hər saat smartfondan istifadə insan psixikasında dərin iz qoyur və asılılıq yaradır.BUTA.TV Medicina.az-a istinadən xəbər verir ki, psixiatr Viktor Rudov telefon asılılığının xəstəliyə çevrildiyini bildirib. “Nomofobiya – telefonundan ayrılmaq, ayrı düşmək, telefonsuz qalmaq qorxusudur. Telefonun zərərləri az deyil: yuxusuzluq, depressiya, təşviş, diqqət yayqınlığı, sosial fobiya, skolioz. Üstəlik telefonsuz qalmaq qorxusu əlavə təşviş yaradır. Hazırda bu sindromdan telefon istifadəçilərinin 3-də ikisi əziyyət çəkir. Rəqəmsal asılılığı vaxtında saxlamaq lazımdır, çünki dərinləşsə, yalnız psixiatrik metodlarla xilas mümkündür. Psixikadan əlavə gadcetlərdən saatlarla istifadə beyini, empatiyanı və libidonu əzir. Gündə 1 saat tam telefonsuz saat elan edin, 1 gün telefonu evdə unudun, kitab, kağız informasiyaya keçin, vizual canlı seyri artırın”, - Rudov qeyd edib.
Bütün xəbərləri reklamsız oxumaq üçün
Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.