AZ

Ulduz futbolçunun italyan gözəli: Tezliklə toy olacaq - FOTOlar

Tarix: 30 Aprel 2024 04:04

Federiko Kyeza "Yuventus"dakı ən yaxşı mövsümünü reallaşdırmağa yaxındır. Yarımmüdafiəçi artıq A Seriyasında 7 qol vurub. Ən yüksək statistik nailiyyətini təkrarlamaq üçün italiyalıya yalnız 1 qol vurmaq kifayətdir.
Milli.Az publika.az-a istinadən bildirir ki, futbolçu şəxsi həyatında da uğurludur. O, bir sıra dəyişikliklərə hazırlaşır. Kyezanın nişanlısı Lusia Bramani hadisələrin mərkəzindədir.
Lusia 2000-ci ilin martın 26-da anadan olub O, Federikodan iki yaş yarım kiçikdir.
Bramani məşhur italyan modelidir. 24 yaşlı gözəl "Elite Modeling Agency Network" ilə əməkdaşlıq edir. "Instagram"da 200 minə yaxın abunəçisi var. Onun bədən ölçüsü ideal hesab edilən ölçülərdədir: 84-59-90.
Lusia və Fede 2022-ci ildən birlikdədir. 2023-cü ilin sonunda Kyeza münasibətləri yeni səviyyəyə çatdırmaq qərarına gəlib. O, italyan modelə evlilik təklif edib. Onun cavabı təbii ki, "bəli" olub. Onların yaxın zamanda toy edəcəyi iddia edilir.
Milli.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
3
sonxeber.net

4Mənbələr