İspaniya La Liqasının növbəti turunda “Barselona” evdə “Valensiya”nı qəbul edib.
Yenisabah.az xəbər verir ki, 6 qolun vurulduğu qarşılaşmada meydan sahibləri 3 xal qazanıblar. Xavinin komandası əzmkar qələbə qazanıblar - 4:2.
“Barselona” hesabda geri düşsə də, Levandovski het-trik edərək komandasının qələbəsində əsas pay sahibi olub.
Hazırda Kataloniya klubu 73 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Valensiya” isə 47 xalla səkkizincidir.
Telegram kanalımız