AZ

Fransanın Osmanlı ilə bağlı ittihamlarına kəskin cavab

Fransa Milli Assambleyası 29 aprel 2024-cü il tarixli assuriyalılar və keldanilər haqqında qərarında Osmanlı dövrünə dair hüquqi və tarixi əsası olmayan ittihamlar irəli sürüb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirilyinin bəyanatında bildirilib.

"Hakim partiyanın deputatları tərəfindən bu dəfə də eyni əsassız ittihamların assambleyanın müzakirəsinə çıxarılması siyasi maraqlar naminə tarixi təhrif etmək cəhdinin bir nümunəsidir. Parlamentlərin tarixi şərh etmək və mühakimə etmək səlahiyyəti yoxdur.

Bu qərar həm də BMT Baş Assambleyasının soyqırım cinayətinin yalnız səlahiyyətli məhkəmə tərəfindən ittiham oluna biləcəyini nəzərdə tutan 1948-ci il tarixli "Soyqırım cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında" Konvensiyasına ziddir", - bəyanatda qeyd olunub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
27
milli.az

10Mənbələr