AZ

Jerar Depardye Parisdəki polis idarəsindən buraxılıb - Yenilənib

Fransalı aktyor Jerar Depardye uzun sürən sorğu-sualdan sonra Parisdəki polis idarəsini tərk edib...APA xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.Bu gün Depardye cinsi qısnama ittihamı ilə nəzarətə götürülüb.Bidirilib ki, aktyorun cinsi qısnama ittihamı ilə məhkəməsi bu ilin oktyabrında baş tutacaq.İddia edilir ki, aktyor 2014-cü ildə “Sehrbaz və Siam” filminin çəkilişi zamanı bir qadının bədəninə toxunub və sonra ona nalayiq sözlər deyib.İkincisi şikayətə əsasən isə Depardye 2021-ci ildə “Yaşıl Panjurlar” filminin çəkiliş meydançasında başqa bir qadına təcavüz edib.***Fransalı aktyor Jerar Depardye Parisdə saxlanılıb.APA xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.Hazırda polis bölməsində olan aktyor iki qadına qarşı cinsi zorakılıqda ittiham edilir. Onların sözlərinə görə, hadisələr 2014-cü ildə “Magicien et les Siamois” və 2021-ci ildə “Les Volets verts” filmlərinin çəkiliş meydançasında baş verib.Aktyor ittihamları rədd edib.Poliqon.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
122
5
poliqon.az

10Mənbələr