ABŞ dövlət katibi Antoni Blinkenlə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında Ər-Riyadda baş tutan görüş zamanı Yaxın Şərqdəki cari vəziyyət müzakirə edilib.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller məlumat verib.
O bildirib ki, tərəflər girovların azad edilməsinə və təcili atəşkəsə yönəlmiş səyləri müzakirə ediblər: “Eyni zamanda, Blinken Qəzza zolağında hərbi əməliyyatların davam etməsinə görə HƏMAS-ın məsuliyyət daşıdığını diqqətə çatdırıb.
Fidan və Blinken bölgədə davamlı sülhün təmin olunması, o cümlədən tamhüquqlu Fələstin dövlətinin yaradılması yolu ilə davam edən səyləri nəzərdən keçiriblər”.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta